İdman

Neftçalada elan olunmuş aksiyanın aqibəti

18-01-2016, 18:12

Neftçalada elan olunmuş aksiyanın aqibəti"Xeberman.com" yerli mənbələrdən aldığı məlumata görə bu gün Neftçala rayonunda etiraz aksiyası gözlənilirdi.İki gün öncə bu barədə məlumat yayılmışdı.Sosial şəbəkə üzərindən,eləcədə kağız elanlarla çağırış edilmişdi.Çağırışda Rayon sakinlərin Neftçala İcra Hakimiyyəti önündə bu gün səhər saatlarında aksiyaya dəvət olunublar.Və digər rayonlarda keçiriliən aksiyalara dəstək nümayiş etdirəcəkləri bildirilirdi. Mənbənin bildirdiyinə görə ,bu gün rayonun mərkəzi ,yəni İcra Hakimiyyəti binası ilə kəsişən yollar bağlı olub.rayonun digər yolları isə Patrul əməkdaşları nəzarətdə saxlayıb.

Xatırladaq ki,Azərbaycanın müxtəlif bölgələrində qiymət artımından narazı kütlənin rayon İcra hakimiyyəti binası önündə və eləcədə yolların kəsilməsinin şahidi olduq.Yanvar ayının 8-i Neftçala rayonunda 500-ə yaxın balıqçı Neftçala-Salyan magistral yolun bağlamışdı.Balıqçıların tələbi yaradılan süni problemin aradan qaldırılması idi.KİV-də yayılan son informasiyalarda İcra başçısı İsmayıl Vəliyevə balıqçıların hücüm etdiyi göstərilirdi.

Rayonda nəzarəti ələ almaq üçün 15 yanvar AXCP Neftçala şöbəsinin sədri Əflatun Əhmədzadə Polis şöbəsinə çağırılmışdı.Əflatun Əhmədzadənin bildirmişdiki,tanışlıq məqsədi ilə çağrılıb və qanuna zidd əməllərdən uzaq durulması tövsiyə olunmuşdu.O da öz növbəsində apardıqları mübarizənin qanun çərçivəsində olmasın vurğulamışdı.

Dünən yayılan məlumatlarda jurnalist Saday Fərəcovun Polis bölməsinə çağırılması göstərilirdi.Xatırladaq ki,Saday Fərəcov son Parlament seçkilərində Neftçala rayonundan Müsavat Partiyası tərəfindən namizədliyi qeydə alınmışdı.Məhz rayonda aksiya xəbəri S.Fərəcovun təsisçisi olduğu "uluyol.info" xəbər portalında yayımlanmışdı.Xəbərman.com-a Saday Fərəcov Polisə çağırılma səbəbin danışdı: "Dünən səhər saatlarında Neftçala Polis şöbəsindən mənə zəng olundu və görüşmək istədiklərin bildirdilər.Məndə etiraz etmədim.Rəislə görüşdük.Rəis,polkovnik-leytenant Vüsal Şəbəndiyevlə rayonda son ictimai-siyasi proseslərdən danışdıq.Rəis bildirdiki " mən bu rayona yeni təyin olunmuşam və istəyirəm rayonda ziyalı,ictimai fəallarla tanış olum".Saytımızda yayımlanan xəbərə toxundu.Və məndə rəhbəri olduğum sayta yayılan məlumatın mənbə əsasında yayıldığın bildirdim."

Xeberman.com-un əldə etdiyi son məlumatlara görə rayonda aksiya xəbərlərinin sosial şəbəkələrdə yayılmasına iştirak edən iki nəfər həbs olunub.Həbs olunanlarla bağlı xəbəri dəqiqləşdirib ,oxuculara məlumat verəcik.

Xəbərman İnformasiya Şöbəsi

Administratorla əlaqə

077 611-55-22

[email protected]