Əsas Səhifə / Ölkə

Neftçalada aksiya təyin olundu

16-01-2016, 17:03
Son günlər ölkədə qiymət artımı ilə bağlı Siyəzən,Ağcəbədi,Ağsu,Cəlilabad,Sumqayıt,Füzuli,rayonlarında etiraz aksiyalarının şahidi olduq.Baş verən verən olaylardan sonra bu rayonlarda AXCP,Müsavat fəallarının Polis bölmələrinə aparılması,onlara 30 sutkalıq həbs verilməsi ilə bağlı məlumat vermişik.

Uluyol.info xəbər verir ki,bu dəfə aksiya dalğası Neftçala rayonuna çatıb.Beləki,sosial şəbəkə üzərindən gənc blogger Elvin Nərimanoğlu bildirilir:"Yanvarın 18-i saat 11-də Neftçala İcra hakimiyyəti binası önündə aksiya olacaq.Dostlar gəlin ,haqqınızı tələb edin.Bu vəziyyət çox davam edə bilməz.Birləşmək lazımdır.Azərbaycan Nazir və onların qohumlarından ibarət deyil.9 milyon ac əhalinin də bu torpaqlardayaşadığını göstərməyin vaxtı çatdı.Bəsdir ,biu Xalq əzildi".

Xatırladaq ki,Neftçala rayonunda yanvarı ayının 8-i 500-ə yaxın balıqçı Neftçala-Salyan magistral yolun bağlamışdı.Səbəb isə,balıqçılara yaradılan süni problemin aradan qaldırılması idi.Dünən (15 yanvar) isə bir neçə sahibkarın İcra başçısı İsmayıl Vəliyevin üzərinə hücüm çəkdiyi xəbərləri yayıldı.

Rayonda siyasi vəziyyəti nəzarətdə saxlamaq üçün siyasi fəallar izlənməkdədi.Dünən AXCP Neftçala şöbəsinin sədri Əflatun Əhmədzadə Polis şöbəsində dindirilib.Yerli mənbələrin bildirdiyinə görə ,bu gün axşam saatlarına kimi 4-5 Patrul maşını Nefçala -Salyan magistral yolun nəzarətə götürüb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]