Ölkə

Bazar qalmaqalı böyüdü təkzibə təkzib gəldi bəli olub-VİDEO

25-01-2016, 10:41
Bazar qalmaqalı böyüdü təkzibə təkzib gəldi bəli olub-VİDEOBir necə gündür ki,mətbuatda yayılan Neftçala rayon icra başçısı İsmayıl Vəliyev haqqında yayılan 20 yanvar əlili İsmayıl Vəliyevi susdurdu başlıqlı yazını Nia.az olaraq araşdırma aparıb yazıda adı keçən 2 -ci qrup əlili Məhəmməd Fərzəliyevlə görüşüb  çəkiliş apardıq.Məhəmməd Fərzəliyev mətbuatda gedən yazını doğruladı.
 
Video çəkilişi olduğu kimi sizlə təqdim edirik.
 


1453715879800

22.01.2016 | 16:52

Bu gün Neftçala rayonu İcra Hakimiyyəti binasında 20 yanvar şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Qaynar.info-nun əldə etdiyi məlumata görə, tədbirdə iştirak edən icra başçısı İsmayıl Vəliyev "sürpriz”lə qarşılaşıb.
 
Məlumata görə, tədbirdə iştirak edən 2-ci qrup əlil Məhəmməd Fərzəliyev paltarlarını çıxararaq bədənindəki güllə yaralarını başçıya göstərib. Məhəmməd Fərzəliyev qəlpə yaralarını göstərərək "Mən onsuz da yarımçıq adamam. 1990-cı ilin 25 yanvarında bu rayona tanklar gələndə yaralanmışam. Budur sənin mənə qayğın, diqqətin? Sən mənim bazarımı söküb-dağıdırsan. Təki sənin istəklərin həyata keçsin” deyib.
 
20 yanvar əlilinə heç nə deyə bilməyən İsmayıl Vəliyev susmağa məcbur olub.
 
Xatırladaq ki, Neftçalaya icra başçısı təyin olunduqdan sonra özü üçün bir neçə obyekt tikdirən İsmayıl Vəliyev obyektlərindən biri də yeni balıq bazarıdır. Məhz bu bazar icra başçısı ilə yerli sakinlər arasında ciddi narazılığa səbəb olub. Başçı balıq alverçilərini öz bazarına toplamaq üçün onları köhnə bazardan didərgin salıb. İsmayıl Vəziyev balıqçılara müxtəlif yollarla təzyiq edərək öz bazarına gətirməyə çalışır.
 
Məhəmməd Fərzəliyev isə Neftçalada uzun illərdir fəaliyyət göstərək balıq bazarının sahiblərindən biridir. İsmayıl Vəliyev ona və qardaşı Zakir Fərzəliyevə məxsus bazarı "antisanitariya hökm sürür” bəhanəsi ilə sökdürmək istəyir. Rayondakı mənbələrin məlumatına görə, başçı yerli idarələrə köhnə bazarda heç bir təmizlik işləri aparmamağı, qəsdən antisanitariya vəziyyəti yaratmağı tapşırıb. Həmçinin İsmayıl Vəliyevin tapşırığı ilə rayon avtovağzalı təzə balıq bazarının yanına köçürülüb. Məqsəd icra başçısına məxsus bazarda alış-verişi artırmaqdır.
 
1434628801_v
 
 
24.01.2016 | 16:16
 
"20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyətinin üzvü adından mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir və "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyəti yayılan məlumatları bütün məsuliyyəti ilə təkzib edir. Bu barədə Neftçala rayonundan Qaynar.info-ya ünvanlanan təkzib məktubunda bildirilir.
 
Qeyd edək ki, mətbuatda uzun illərdir Neftçalada fəaliyyət göstərən balıq bazarında çalışanlara qarşı icra başçısı tərəfindən təzyiqlər olunması ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyətinin Qaynar.info-ya ünvanladığı təkzib məktubunda bildirilir ki, həmin balıq bazarı "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyətinin üzvlərindən birinə məxsusdur və bu balıq bazarı uzun illərdir ki, maneəsiz fəaliyyət göstərir.
 
Cəmiyyət üzvləri bildirir ki, 19 yanvar 2016-cı ildə Neftçala rayon İcra Hakimiyyətinin başçısı "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyətinin üzvlərini və şəhid ailəlrinin nümayəndələrini qəbul edib. Görüş xoş atmosferdə keçirilib və görüş zamanı hər hansı bir narazılığa səbəb olan söhbət olmayıb. Həmin görüşdə ümumiyyətlə balıq bazarı müzakirə olunmayıb. Görüşdə müzakirə obyekti "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyətinin üzvlərinin sosial problemləri olub və icra başçısı İsmayıl Vəliyev onlara söz verib ki, "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyətinin üzvlərinin sosial problemlərinin həlli üçün əlindən gələni edəcək, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovdan şəxsən "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyətinin üzvlərinin problemlərinin həllini xahiş edəcək. Öz növbələrində "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyətinin üzvləri ölkə prezidentinə və rayon rəhbərliyinə onlara göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.
 
Görüşün sonunda İcra Hakimiyyəti tərəfindən "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyəti üzvlərinə yardım göstərilib və "20 Yanvar Əlilləri” Neftçala rayon Cəmiyyətinin üzvləri görüşdən xoş təəssüratla ayrılıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]