İdman

Bakı-2017: Güləşdə ilk qızıl medalımız

17-05-2017, 22:09

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

Xeberman.com Trend-ə istinadən məlumatına görə, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi Qırğızıstan idmançısı Uzur Juzupbekov olub.

Gərgin keçən mübarizədə idmançımız rəqibinə 5:0 hesabı ilə qalib gələrək İslamiadada yunan-Roma güləşindən Azərbaycana ilk qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]