İdman

Rəsul Çunayev erməniyə uduzdu - YENİLƏNİR

17-08-2016, 00:33
Rəsul Çunayev erməniyə uduzdu - YENİLƏNİR

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 

Xeberman.com saytının məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.

Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Miqel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

Rəsulun 1/8 finalda rəqibi 2008-ci il Olimpiya Oyunlarının qalibi rusiyalı İslambəy Albiyev olub. Bu dəfə də 0:2 geridə olan Rəsul rəqibinə qalib gəlməyi bacarıb - 3:2.

Onun 1/4 finaldakı rəqibi Əlcəzair idmançısı Tarek Aziz Benaissa olacaq. Rəsulun bu döyüşü daha asan keçib. Təmsilçimiz rəqibini elə I hissədə 10:2 heabı ilə məğlub etməklə vaxtından erkən qələbə qazanıb.

Çunayevin finala gedən yolda növbəti rəqibi Bakıdakı Avropa Oyunlarının finalında çıxış etmiş erməni Miqran Arutyunyan olub. Ancaq təəssüf ki, Rəsul rəqibinə 1:4 hesabı ilə uduzaraq qızıl medal qazanmaq şansını əldən verib. O, bürünc medal uğrunda döyüşə qatılacaq.

Qeyd edək ki, güləş yarışlarının ilk günündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. İkinci gün isə Saman Təhmasibi (85 kq) 13-cü olubsa, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti 3-cü yeri tutaraq güləş yığmamıza ilk medalı qazandırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]