İdman

Rafael Ağayev İslamiadada qızıl medal qazanıb

14-05-2017, 16:52

Azərbaycan karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Xeberman.com report-a istinadən məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenən (7:2) R.Ağayev yarımfinalda malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib.

Həlledici görüşdə Azərbaycan karateçisi pakistanlı Sədi Qulam Abbasla üz-üzə gəlib və inamlı qələbə qazanıb - 4:0.

Administratorla əlaqə

077 611-55-22

[email protected]