İdman

Kadırovdan Zabit Səmədovla bağlı çağırış – Video

8-05-2017, 17:49
Kadırovdan Zabit Səmədovla bağlı çağırış – Video
Çeçenistan Prezidenti Ramzan Kadırov azərbaycanlı döyüşçü, K-1 ustası Zabit Səmədovun növbəti görüşünün anonsunu yayıb.

Ramzan Kadırov özünün İnstaqram səhifəsində məşhur kikboksçusunun belçikalı Frederik Sinistra ilə mayın 13-də üz-üzə gələcəyini yazıb:

“Əssalamu əleyküm! Mayın 13-də İstanbulda “Axmed” kikboksinq klubunun rəhbəri, əziz qardaşım Zabit Səmədov ilə belçikalı Frederik Sinistra döyüşəcək. Zabitlə Fredin mübarizəsi mürəkkəb və çox maraqlı olacaq. Zabitə uğurlar diləyirik!”.

Ramzan Kadırov Zabit Səmədovla birgə məşqdə çəkilmiş video paylaşıb. Rolikdə kikboksçunun ayrı-ayrı döyüşlərdəki mübarizəsi də əks olunub.

Qeyd edək ki, Gebze İdman Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. / Teleqraf.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]