Gündəm

Azərbaycanda yeni nazirlik yaradılır

23-09-2016, 22:45
Azərbaycanda yeni nazirlik yaradılır
Prezident İlham Əliyevin  paralel fəaliyyət göstərən dövlət qurumlarının ləğvi ilə bağlı çıxışından sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdulaşdırılması üzrə təkliflər paketi hazırlanır. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Məlumatra görə, hazırda  Kənd Təsərrüfatı Nazirliyi və  Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin birləşdirilməsi layihəsi üzərində iş gedir. Yeni yaradılacaq nazirlik Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi adlanacaq. Yeni nazirliyin əsasnaməsi və strukturu hər 2 nazirliyin indiki strukturundan ciddi şəkildə fərqlənəcək. Hazırda aqrar sektorun prioritet elan edilməsi bu sahədə müyyən struktur islahatlarını və idarəetmə xərclərinin optimallaşdırılmasını qaçılmaz edir. 26 sentyabr referndumundan sonra bununla bağlı qərarlar açıqlanacaq.

Bir qədər öncə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib.

Mənbə deyir ki, referendumdan sonra struktur islahatları sürətlənəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]