Gündəm

Referendum günü polis silahlandırılacaq

23-09-2016, 20:17
Referenduma cəmi 3 gün qalır. Artıq səsvermə məntəqələri tam hazır vəziyyətə gətirilib. Dairə Seçki Komissiyaları bütün texniki tədbirləri həyat keçirib.

Seçicilərin referendumda iştirakı üçün bütün tələblər təmin olunub. Bu səsvermədə bir yenilik də var. 

Bu barədə Politika.Az-a səsvermə məntəqələrindən birinin sədri xəbər verib. Onun dediyinə görə, məntəqələrdə təhlükəsizliyi təmin edəcək polis əməkdaşları üstünd silah gəzdirəcək. 

İlk dəfə seçkidə polis silahla səsvermə məntəqəsində asayişi qoruyacaq. Bu günə kimi heç bir səsvermə günü polis əməkdaşlarına silah verilməyib. Amma referendumda ilk presedent tətbiq olunacaq. 

Məqsəd asayişi ən yüksək səviyyədə təşkil etmək, istənilən təxribatın qabağını almağa tam hazır olmaqdır. 

Daxili İşlər Nazirliyi hər zaman asayişin keşiyində olub və bütün seçki proseslərində polisə etibar edilib. 

Və indiyə qədər heç bir seçkidə insident yaşanmayıb. Eləcə də referendumda hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]