Gündəm

Ramil Usubova əlavə səlahiyyət verilir

9-09-2016, 19:57
Ramil Usubova əlavə səlahiyyət verilir
Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər təklif edilir.

Layihəyə əsasən, qanunvericilik ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]