Gündəm

Azərbaycanda polisə daha bir səlahiyyət verildi

11-10-2016, 01:33
Azərbaycanda polisə daha bir səlahiyyət verildi

Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilib.

Milli Məclisin bu gün keçirilən iclasında "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub. (olke.az)

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]