Gündəm

“Hətta AŞPA da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi”

2-11-2015, 16:02
“Hətta AŞPA da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi”

“Hətta Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, müəyyən çatışmazlıqlar ola bilər və bu, istisna deyil: “Biz 15 ildir, müşahidəçilərə gördüklərini söyləməli olduqlarını deyirik. Avropa Şurası Parlament Assambleyası çox ciddi qurumdur, müşahidə missiyasında təmsil olunan insanlar da özlərinə hörmət edən insanlardır. Ona görə də AŞPA müşahidə missiyasının seçkiyə verdiyi qiymət mühüm əhəmiyyət kəsb edir”.
musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]