Gündəm

12 saylı Regional Hesablama Mərkəzinin rəisinin diplomu saxta imiş-İDDİA

17-05-2016, 00:24
Elxan Əsədovun bir neçə dəfə işdən qovulduğu, bir neçə şəxsin sayəsində vəzifəyə keçdiyi deyilir

12 saylı Regional Hesablama Mərkəzinin rəisi Elxan Əsədovun diplomunun saxta çıxdığı iddiası yayılıb. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı Sonolay.org saytı yazıb. 
Həmin məlumatda deyilir ki, mərkəzi Sabirabad rayonu olmaqla, Təhsil Nazirliyinin 1 saylı Regional Hesablama Mərkəzinin müdiri rəhbəri Elxan Əsədov texnikum təhsillidir. Onun iki il əvvəl Mərkəzi Xəstəxanada işlədiyi, lakin işinin öhdəsindən gələ bilmədiyi üçün qovulduğu da iddialar sırasında var. 
Sayt yazır ki, sözügedən şəxs xəstəxanadan qovulduqdan sonra texnikum təhsiliylə Mədəniyyət Şöbəsində baş mühasib işləyib. Lakin mədəniyyət şöbələrinin aparat işçilərinə dövlət qulluqçusu statusunun verilməsi səbəbindən ondan da ali təhsilə dair sənəd tələb olunub. «İddialara görə, işini itirəcəyi təhlükəsi ilə üzləşmiş Elxan Əsədov təcili Rusiyaya yola düşür. Və bir müddətdən sonra oradan özüylə ali təhsilə dair diplom gətirir. Faktiki olaraq həmin diplomla da regional mərkəzin rəhbəri kimi çalışır». 
JAM.AZ xəbər verir ki, sayt sözügedən şəxsin bir il bundan əvvəl Regional Mərkəzə rəhbər təyin edildiyini vurğulayır. «Sabirabadın icra başçısı Nazim İsmayılov Elxan Əsədovun təhsil şöbəsinin müdiri olması üçün Təhsil Nazirliyinə onun təqdimatını verir. Hətta onun «çox yaxşı oğlan» olduğunu da diqqətə çatdırır. Nəticədə, yaşı 65 olan rəis 12 saylı Regional Hesablama Mərkəzinə direktor təyin olunur». 
Yeri gəlmişkən qeyd edək ki, Elxan Əsədovun 65 yaşı var. Bu da o deməkdir ki, o vəzifəyə gətirilməli yox, vəzifədən göndərilməli yaş həddinin içindədir. «Bu şəxsin 12 saylı Regional Hesablama Mərkəzinə müdir təyin edilməsində Təhsil Nazirliyinin şöbə müdiri Rauf Orucovla yanaşı, Prezident Adminstrasiyasının Sabirabad rayonu üzrə kuratoru İbrahim Mustafayevin də xüsusi əməyi olub». 
Qarşı tərəfi də dinləməyə hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]