Ölkə

Ağcabədi Təhsil Şöbəsində gizli dinləmə olayı-ŞOK

9-06-2016, 02:36
Mehdi Əhmədovun «çeksliyi» də varmış, şöbə müdiri maliyyə müfəttişiylə birləşib otağında gizli səs yazma studiyası açıb

Demə ki, Ağcabədinin təhsil müdiri neçə vaxt imiş ki, ondan yazan sayt rəhbərini -jurnalisti necə susdurmağın yollarını arayırmış. Elə bunun üçün də otağında səs yazma avadanlığı quraşdırıbmış. Hər halda görünür ki, təhsil müdiri bunun cinayət olduğunu belə unudub. Bu unudqanlığı isə təhsil müdirini güdaza verə bilər. Düşünəcəksiniz ki, təhsil müdiri niyə belə bir addım atsın. Onu buna vadar edən səbəb nədir axı... 

Qeyd edək ki, Sonolay.org saytı Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Müfəttişliyi Ağcabədi rayon məktəblərində neqativ hallar aşkarladıqlarını və bunu ört-basdır etmək üçün müəllimlərin əmək haqlarının 1/3 tutularaq komissiya üzvlərinə verilməsi barədə geniş araşdırma yazı dərc etmişdir. Barəsində gedən yazıların dayandırılması üçün müxtəlif yollara və müxtəlif variantlara əl atan təhsil müdiri Mehdi Əhmədov son da özünə optimal variant fikirləşib. Yuxarılarala danışıb baş redaktorun həbsini planlaşdıran Ağcabədinin təhsil müdiri və Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Müfəttişliyinin rəisi Ədalət Nəbiyev bunun mümkün olmadığını və hələ də yazıların davamlılığını görüb başqa bir «əməliyyat» planı hazırlayıblar. 

«Plan» nədən ibarətdir? 

Təhsil müdiri Sonolay.org saytnın baş redaktorun Ramin Məhəmmədoğlunun atasına zəng edərək barəsində gedən yazılarınlarla bağlı görüşmələrini bildirərək onu öz otağına dəvət edir. Jurnalistin atası Məhəmməd Qurbanov təhsil müdiriylə «köhnədən» tanış olduğunu nəzəra alıb Mehdi Əhmədovun xahişini qırmır və müdirlə bir araya gələrək həmsöhbət olurlar. 

İşin ən ilginc tərəfi isə...

Təhsil müdiri jurnalistin atasının dəvəti qəbul edib gələcəyini bildikdən sonra «kabinetinə» gizli səs yazma cihazı yerləşdirir. Və danışıqlarının hər anında söhbəti pul üzərinə yönəldir. Hər vəchlə çalışır ki, baş redaktorun atasının dilindən pul söhbətini eşitsin və dərhal səsini qeydə alsın. Bu plan baş tutduqdan sonra da əlində «fakt» saydığı səs yazısını adiyyəti qurumlara verərək ondan yazan jurnalistin rüşvət tələb etməsini «sübut» edərək öz korruptiv əməllərinə bəraət qazandırsın. Lakin TŞ-nin müdirinin belə bir plan hazırlaması onun özünə baha başa gəlib. 

Sonolay.org xəbər verir ki, baş redaktor Ramin Məhəmmədoğlu ölkə başçısına, Baş Prokurora və Hesablama Palatasına müraciət edərək Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Müfəttişliyinin Ağcabədi rayon məktəblərində apardığı yoxlamaların dayandırılmasını və Baş Prokurorluğun , Korrupsiya Baş İdarəsinin və Hesablama Palatasının birgə iştirakı ilə yoxlamaların aparılmasını xahiş edib. Baş redaktor yuxarılara ünvanlandırdığı müraciətində qeyd edib ki, belə olduğu təqdir də Ağcabədi məktəblərində aşkarlanan ciddi maliyyə pozuntuları və digər qanunsuzluqlar tam şəkildə aydınlaşdırılacaq. 

Sonolay.org-un baş redaktoru bildirir ki, müraciət etdiyi qrumlar təcili şəkildə Ağcabədi rayon təhsilində aparılan yoxlamaları dayandırmalı və birgə yoxlama aparmalıdırlar. 

P.S. Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Müfəttişliyinin Ağcabədi rayon məktəblərində apardığı yoxlamalarla bağlı yazılarına görə baş redaktor R. Məhəmmədoğlu və atası Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağılıblar. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]