Gündəm

Eldar Mahmudov Baş nazir olacaq?

17-10-2015, 20:02
Eldar Mahmudov Baş nazir olacaq?

Eldar Mahmudov Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Eldar Mahmudovun yaxınlarda işdən çıxarılacağı ilə bağlı son vaxtlar siyasi dəhlizlərdə söyləntilər dolaşırdı. Bunun əsas səbəbi kimi də sabiq nazirin qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin başçılığı altındakı bir qrupun ölkənin bank və maliyyə sektorunu çökdürməyə yönəlik əməlləri idi. Bu qrup ölkənin milli təhlükəsizliyi etibar edilmiş nazirə – Eldar Mahmudova ən yaxın kadrlar idi və onun bu cinayətlər barədə prezidentə məlumat belə verməməsi çoxsaylı suallar doğururdu.
Musavat.com və “Yeni Müsavat”ın yazarları, prezidentin son çıxışlarına dayanaraq, bu yaxınlarda hakim komandda ciddi dəyişikliklərin olacağını yazmışdılar. Bu, prezidentin də özünün bilavasitə dediyi kimi, cəzalandırma prosesidir və davamı olacaq.

İddialara görə, hazırda haqqında daha çox danışılan nazir Ziya Məmmədov da Eldar Mahmudovla eyni qrupda təmsil olunur.

Başqa bir versiyaya görə isə, Eldar Mahmudov Qərb yönümlü məmurlardan olmaqla, ABŞ və İsrail xüsusi xidmət rəhbərləri ilə əməkdaşlıq içərisində idi. Son vaxtlar ölkənin siyasi kursunun Rusiyaya yaxınlaşması bu cür mühüm postda Qərblə iç-içə olan birisinin qalmasını mümkün etməyib.

*****

Lakin bütün bu versiyaların tam tərsini iddia edənlər də var. Hətta bir sıra iddialara görə, Eldar Mahmudov prezidentin ən etibar etdiyi şəxsdir, özünə bağlıdır və yaxın günlərdə ölkənin baş naziri təyin ediləcək.

Hətta tanınmış və məlumatlı ekspertlərdən biri musavat.com-un poçtuna “Prezident Eldar Mahmudovu gələn həftənin birinci günü baş nazir postuna təqdim edəcək”, kimi cəsarətli iddia da yollayıb. Orada deyilir ki, E. Mahmudov heç bir qrupa aid deyil, oliqarx sayılmır, prezidentə ən sadiq və güvənilir kadrlardandır; onun bu cür vurulması mümkünsüzdür – İlham Əliyev oliqarxiyanı zəiflədir və YAP ağırlıqlı hökumət qurur. Məhz belə bir məqamda baş nazir postu yenilənməlidir. Bu posta da E. Mahmudovdan layiqli kadr ola bilməz”.
yenilik.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]