Gündəm

AKİF ÇOVDAROVUN DAHA BİR ADAMI ÇƏTİN DURUMDA

17-03-2016, 02:57
AKİF ÇOVDAROVUN DAHA BİR ADAMI ÇƏTİN DURUMDAQubadlı Yol İstismar İdarəsinin müdiri Şahin müəllim generalın həbsindən sonra kimə sığınıb?

İşğal altındakı rayonlarımızın yol idarələrinin fəaliyyətsizliyi barədə xəbər vermişdik. Bu gün isə sizə Qubadlı rayon Yol İstismar İdarəsində cərəyan edən qanun pozuntularından və idarənin müdiri Şahin müəllimin dövlət büdcəsinə vurduğu ziyandan danışacağıq. Daxil olan məlumatlarda bildirilir ki, Qubadlı rayonu işğal altında olsa da, yol idarəsi fəaliyyətini bu gün də davam etdirir: «Bu idarə Bakı şəhərində yerləşir. Şahin müəllimin rəhbəri olduğu idarənin hansı işlərlə məşğul olması, hansı yolların çəkilişini və təmirini həyata keçirməsi heç kimə bəlli deyil. Çox güman ki, Qubadlı rayonu işğaldan azad olunana qədər heç kimə məlum olmayacaq. Bu idarə heç nəyə lazım deyil. Qurumun mövcudluğunu qoruyub saxlaması israfçılıqdan, büdcəyə ziyandan başqa bir şey deyil. Şahin müəllim qohum-əqrəbalarının əksəriyyətini idarədə «işə düzəldib». Başqa sözlə desək, idarə müdiri «ölü can»ların vasitəsilə hər ay külli miqdarda gəlir əldə edir. Bundan başqa, idarənin balansındakı texnikalara ayrılan yanacaq və ehtiyat hissələrinin pulu da Şahin müəllimə çatır». İdarə müdiri ilə bağlı ən maraqlı məqam onun hazırda həbsdə olan MTN generalı Akif Çovdarovla əlaqələri barədədir. Mötəbər mənbənin bildirdiyinə görə, Akif Çovdarov vəzifədə olarkən Şahin müəllimin qılıncının arxası da kəsib, qabağı da: «Çünki idarə müdiri ilə general yaxın əlaqələrə malik olublar. Çovdarov idarə rəhbərini bütün mövcud təhlükələrdən sığortalamağı bacarıb. Generala arxayın olan Şahin müəllim Çovdarovun həbsinə qədər çoxlarına yuxarıdan aşağı baxıb. Amma generalın həbsindən sonra idarə rəhbəri nisbətən sakitləşib. Deyilənə görə, Şahin müəllim hazırda «inək» ləqəbli bir şəxsə yaxından diqqət göstərir. «İnək» ləqəbli şəxsin qohumu Vergilər Nazirliyində mühüm vəzifə tutduğundan idarə müdiri onunla yaxın münasibətlər qurmağa can atır». Bu arada, daha bir vacib məsələni vurğulamaq istəyirik. Əldə etdiyimiz məlumatlara görə, Şahin müəllim Mamed İsgəndərovla qohumdur. Mamed İsgəndərovun kim olması və hansı əməlləri törətməsini isə bilməyən yoxdur. Onların qohumluq əlaqələri və Qubadlı Yol İstismar İdarəsində mənimsənilən milyonlarla bağlı yaxın günlərdə araşdırma yazısı dərc edəcəyik. Qarşı tərəfi də dinləyə bilərik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]