Gündəm

Sumqayıtda bazar yanıb

11-10-2015, 13:34
Sumqayıtda bazar yanıb

Bu gün səhər saatlarında Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
"YeniSumqayit.Az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, sahibi məlum olmayan, ümumi sahəsi 500 kv.m olan taxta satışı bazarının ərazisində 200 kv.m sahəyə yığılmış 80 kub.m taxta materialları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]