Gündəm / Dünya

Səudiyyə Ərəbistanı müharibəyə hazırdır

19-05-2019, 19:01
Səudiyyə Ərəbistanı müharibəyə can atmır, lakin istənilən hücuma qətiyyətlə cavab verməyə hazırdır.

“İnterfaks”ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr bəyan edib.

O, İranı bölgədəki vəziyyəti gərginləşdirməkdə, habelə Birləşmiş Ərəb Əmirliklərində Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumda ittiham edib.

“Əgər digər tərəf silahlı qarşıdurma yolunu seçsə, Ər-Riyad tam gücü və qətiyyəti ilə cavab verəcək”, - deyə nazir vurğulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]