Gündəm / Dünya

Dünyanın ən böyük məscidinə planlaşdırılan terror aktının qarşısı alındı

24-06-2017, 18:48

Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları zəvvarlara qarşı təşkil edilən terror aktının qarşısını alıb.
Xeberman.com Ölkə.Az-a istinadən xəbər verir ki, kəşfiyyatın məlumatına əsasən, terrorçular Məkkədəki dünyanın ən böyük məscidinə terror aktı planlaşdırıblar. Bu barədə Səudiyyə xüsusi xidmət orqanlarının nümayəndəsi Mənsur əl-Turki məlumat verilib.

Bildirilir ki, terrorçular üç qrupdan ibarətdir. Onlar Məkkə və Ciddədə, dünyanın ən böyük məscidi-Əl-Haramda terror aktı həyata keçirməyi planlaşdırıblar. Məscidi hər il on minlərlə müsəlman zəvvar ziyarət edir.

Əməliyyat zamanı terrorçu xüsusi xidmət orqanı əməkdaşlarına atəş açıb. Sonra üzərindəki bombanı işə salıb. Həlak olan olmasa da, 5 nəfər xüsusi təyinatlı yüngül xəsarət alıb. Eyni zamanda, terror qruplaşmasının 5 üzvü həbs edilib. Onların arasında qadın da var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]