Gündəm / Dünya

KİV: Türkiyə hərbçilərdən ibarət nümayəndə heyətini Qətərə göndərib

14-06-2017, 14:32

Türkiyə Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsini nəzərdə tutan ikitərəfli sazişə uyğun olaraq hərbçilərdən ibarət nümayəndə heyətini bu ölkəyə göndərib.

Oxu.Az TASS-a istiandən xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə rütbəsi açıqlanmayan 3 hərbçi var.

İyunun 12-də Qətərə səfər etdiyi bildirilən nümayəndə heyəti türk hərbçilərinin bu ölkə ərazisində yerləşdirilməsi məsələsini müzakirə edəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2014-cü il tarixli qeyd olunan saziş Qətərdə Türkiyə hərbi bazasının yaradılmasını nəzərdə tutur.

Xatırladaq ki, iyunun 5-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv Respublikası və Mavriki Respublikası Dohanı terrorizm və ekstremist ideologiyanı dəstəkləməkdə ittiham edərək Qətərlə diplomatik münasibətlərin kəsildiyini elan edib. Bir sıra ölkələr digər, məsələn, dəniz və aviaəlaqənin kəsilməsi, bank əməliyyatlarının dayandırılması, Qətər diplomatlarının ölkədən göndərilməsi kimi tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edildiyini elan ediblər.

İyunun 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Qətərin təcrid olunması və ona qarşı sanksiyaların tətbiqi bu ölkə ilə Misir və Səudiyyə Ərəbistanı arasında yaranan böhranın həllinə yardım etməyəcək..

Administratorla əlaqə

077 611-55-22

[email protected]