Gündəm

ABŞ-dan Qətərlə bağlı açıqlama...

6-06-2017, 07:04
ABŞ-dan Qətərlə bağlı açıqlama...Pentaqon ABŞ ordusunun Qətərdən həyata keçirdiyi əməliyyatlarının davam edəcəyini açıqlayıb.



Xeberman.com-un məlumatına görə, bu barədə Pentaqon sözcülərindən olan mayor Adrian Ranikine Qallovay məlumat verib. O, Anadolu Agentliyinə açıqlamasında ABŞ təyyarələrinin İraq, Suriya və Əfqanıstandakı əməliyyatlara hələ də Qətədrən müdaxilə edildiyini bildirib: ”ABŞ və beynəlxaq koalisiya uzun zamandır bizə dəstək verən Qətərlilərə minnətdardır. Qətərdəki vəziyyətimizi dəyişmək kimi bir niyyətimiz və planımız yoxdur”.



Bundan əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Yəmən, Misir və Bəhreyn Qətər ilə bütün diplomatik əlaqələri kəsdiyini bəyan etmişdi.



Qeyd edək ki, Pentaqon əməliyyatların bir çoxunu Qətərdəki hərbi bazadan həyata keçirir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]