Gündəm

Surət Hüseynovun Hollandiyada bıçaqlanan cangüdəninin qanlı video yayıldı

25-04-2017, 03:14
Surət Hüseynovun Hollandiyada bıçaqlanan cangüdəninin qanlı video   yayıldıXəbər verdiyimiz kimi, Hollandiyada azərbaycanlılar arasında dava düşüb. Dava nəticəsində sabiq baş nazir Surət Hüseynovun cangüdəni olmuş Polad Məmmədov 6 bıçaq zərbəsi alıb.



O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin süjet xətti barədə saytlar bu cür yazır: qonaqlardan biri (azərbaycanlı) P.Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 6 bıçaq zərbəsi vurub. Polad Məmmədovun vəziyyəti stabil ağır olaraq qalır



Cinayəti törədilən şəxs saxlanılıb.


Hadisə ilə bağlı tanınmış Azərbaycan ziyalısı, mühacir Elman Mustafazadə öz Facebook səhifəsində olduqca maraqlı status yayzıb, bıçaqlanan P. Məmmədovun özü ilə bərabər fotosunu və bıçaqlandıqdan dərhal sonrakı qanlı videsunu paylaşıb. E. Mustafazadə yazır ki, Polad onun yaxın dostu və əksər mühacirlərin arxa -dayağı olub. Hazırda P. Məmmədovun səhhətinin yaşamasına ümid verdiyini qeyd edən E.Mustafazadə cinayəti bir narkomanın törətdiyini söyləyib.


Xeberman.com həmin foto və videonu təqdim edir:


Administratorla əlaqə

077 611-55-22

[email protected]