Gündəm

"NARDARAN IŞI 2"POLISƏ IŞƏ DÜZƏLƏNDƏ NƏ QƏDƏR PUL VERMISƏN (VİDEO)

31-03-2017, 20:37
Press-az.com-un verdiyi məlumata görə, bu gün Nardaran işi 2 məhkəmə prosesi hakim Mayıl Bayramovun sədrliyi ilə davam etdi.Zərərçəkən qismində məhkəməyə Sabunçu rayon polis idarəsinin əməkdaşı Ramil Ələkbərov Fikrət oğlu ifadə verib.

O,ifadəsində bildirib ki,futbol tədbirində olarkən dindarların Sabunçu rayon polis idarəsinə basqın olunması ilə bağlı onları futboldan bölməyə çağırıblar.Biz polis maşınları ilə idarəyə gəldik.Gələndə gördük ki, Sabunçu rayon polis idarəsinin qarşısında 100-150 adam vardı.Biz xüsusi formada polis bölməsinin qarşısına gəldik.Polis idarəsinin qabağında bizə daş atırdılar.Şəxsən bu hadisəni mən görəndə çox qorxdum və çox narahat oldum deyib ifadəsini yekunlaşdırdı

Prokror sual verir:Orda sizin hər hansı bir əşyanız itib və ya çatlayıb,qırılan hər –hansı bir əşyanız var?



Zərərçəkən Ramil Ələkbərov: Dəbilqəm sındı,kaskam çatladı,qandalım oğurlanıb,şitim çatlamışdı.



Vəkil Fariz Namazov:Hadisə vaxtı nəyiniz itib?



Zərərçəkən Ramil Ələkbərov:Qandalım



Vəkil Fariz Namazov:Qandalın necə itdi?



Zərərçəkən Ramil Ələkbərov:İnsanların çox olan hissəsində itib,bilmirəm necə itib.



Vəkil Fariz Namazov:Daşla dəbilqənizi çatladanda sizə hər hansı bir ziyan dəyməyib?



Zərərçəkən Ramil Ələkbərov:Xeyir dəyməyib.Sadəcə həyacan keçirdim və bir az da qorxdum.



Vəkil Elçin Qənbərov:Siz hadisədən sonra qorxduğunuz üçün hər- hansı bir xəstəlik keçirtmisiniz?



Zərərçəkən Ramil Ələkbərov:Xeyir, şükür Allaha olmayıb.



Vəkil Elçin Qənbərov:Siz konkret deyə bilərsiz qandal itib ya oğurlanıb?



Zərərçəkən Ramil Ələkbərov:Təbii oğurlanıb.Çünki dartıb çıxardıblar.



Vəkil Elçin Qənbərov:Sizə itən əşyalara görə hər- hansı bir töhmət və yaxudda maşınızdan pul tutulub?



Zərərçəkən Ramil Ələkbərov:Xeyir heç bir töhmət və yaxudda pul tutulmayıb.



Vəkil Elçin Qənbərov:Siz kütləyə dubinka ilə müdaxilə etmisiniz?



Zərərçəkən Ramil Ələkbərov:Bəli etmişik. Özümüzü qorumaq üçün.



Müddəhim Elçin Qasımov Zərərçəkən Ramil Ələkbərovdan soruçdu ki,sizə maddi ziyan dəyib yoxsa mənəvi?



Zərərçəkən Ramil Ələkbərov:Sualınızı başa düşmədim.



Müddəhim Elçin Qasımov:Necə başa düşmədin?Sən orta məktəb bitirməmisən?



Zərərçəkən Ramil Ələkbərov:Bəli bitirmişəm.



Müddəhim Elçin Qasımov: Onda sən niyə mənim sualımı başa düşmürsən?



Hakim:Elçin sən təhqir edirsən. Olmaz belə sual vermək. Bu sual çıxardılsın.



Müddəhim Elçin Qasımov:Hakim Mail bəy sizin işə necə baxdığınız artıq görünür.Siz onların hüquqlarını müdafiə edirsiz və bizim hüquqlarımızı pozursuz.

Hakim:Neyniyim?Siz sual vermirsiz,siz təhqir edirsiz ona görə də mən müdaxilə edirəm.

Müddəhim Elçin Qasımov:Mən ona sual verirəm ki,sənə maddi ziyan dəyib yoxsa mənəvi. Bu onu başa düşmürsə mən neynəməliyəm.

Hakim sual verir:Sənə hansı ziyan dəyib?Mənəvi ziyan dəyib eləmi?

Zərərçəkən Ramil Ələkbərov:Bəli mənə mənəvi ziyan dəyib.Qorxmuşam ,həyacan keçirtmişəm.

Müddəhim Elçin Qasımov:Sən Allah bir sual verim,amma kişi kimi düzgün cavab ver.Sən polisə işə düzələndə nə qədər pul vermisən.

Zərərçəkən Ramil Ələkbərov:Mən pul verməmişəm,öz savadımla və qabiliyyətimlə işə düzəlmişəm.

Müddəhim Elçin Qasımov:Görünür sən necə öz savadınla işə düzəlmisən.

Hakim: Zərərçəkən Ramil Ələkbərova deyir :Siz artıq gedə bilərsiz.

Müddəhim Elçin Qasımov və digər həbs olunanlar hakimə etirazını bildirir.Hakimin sual vermək hüquqlarının məhdudlaşdırmaqla bağlı Ali məhkəməyə şikayət etdiklərini bildirir.



Digər zərərçəkmiş Xəyyam Camalov deyib ki, hadisə zamanı xəsarət alıb.



Yaqub Abbaslı adlı zərərçəkmiş isə hadisələr zamanı dəyənəyi və qalxanının çatladığını deyib.


Məhkəmə prosesi aprelin 7-də davam edəcək.





Qeyd edək ki, adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.



Məhkəmə prosesindən sonra Xeberman.com- a vəkil Elçin Qənbərov və hüuqu müdaifəçisi Oqtay Güləliyev müsahibə verib . Press-az.com saytı həmin müsahibəni təqdim edir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]