Gündəm

Oqtay Gülaliyev Orduhan Temirhanın Bakıda yaşayan ailəsində olub

21-02-2017, 01:43
Xeberman.com-un verdiyi məlumata görə Oqtay Gülaliyev Orduhan Temirhanın Bakıda yaşayan ailəsində olub. Bu barədə özünün facebook səhifəsində yazıb. Xeberman.com həmin yazın oxuyuclara təqdim edir.
Az öncə siyasi mühacir Orduhan Temirhanın Bakıda yaşayan ailəsində oldum. Ailə üzvləri, qardaşı Şakir bəy, bacıları və qohumları ilə görüşdüm. Onlara sizlərin adından dəstəyimizi ifadə etdim. Hər birinizə dəstəyə görə təşəkkür edirlər.
3 gündür ki, ailə çox pərişan və narahatdır. 18 fevralda Almaniyanın Köln şəhərində "Siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən aksiyada Orduxan bəyin tənqidi çıxışından dərhal sonra onun Bakıda yaşayan bütün qohum- əqrəbası kütləvi şəkildə Suraxanı rayon Polis İdarəsinə aparılıb. Hətta qızdırma içində olan 2 yaşlı körpə Selcan da "rəislə söhbət" adıyla polisə aparılıb və İdarədə saxlanılıb. 18 fevralda Orduxan bəyin 12 nəfər qohumu axşamdan səhərə qədər Polis İdarəsində saxlanılıb. Onlara yatacaq, su- şörək belə verilməyib. Onlar bu şəxslər olub:
1. Dadaşov Xanlar
2. Bəbirov Şakir
3. Əliyeva Zəhra
4. Əliyev Möhübbət
5. Əliyev Elnar
6. Zeynalova Rübabə
7. Zeynalov Səbuhi
8. Əliyeva Südabə
9. Ağayeva Sədaqət
10. Nəzərli Xumar
11. Nəzərli Selcan
12. Ağayev İlqar
19 fevralda isə qadınlar sərbəst buraxılıb, qalanlar polisdə saxlanılıb. Onlardan Orduxan Teymurxanın tənqidi çıxışlarını dayandırması tələb olunub.
Bu gün isə başda Orduxan bəyin qardaşı Şakir bəy olmaqla digərləri buraxılıb. Amma 2 nəfər Orduxan bəyin böyük qardaşı Xanlar bəy və bacısı oğlu Səbuhi bəy saxlanılıb. Polisə müqavimətdə ittiham olunaraq onların hər birinə məhkəmə tərəfindən 30 sutka inzibati həbs cəzası verilib. Çox maraqlıdır insanı nəsillikcə aparırlar polisə, qanunsuz saxlayıb təhdid edirlər, sonra da polisə müqavimət adı ilə ittiham edirlər. Dəhşətdir.
Məlumat üçün bildirək ki, Xanlar bəyin 64 yaşı var, şəkər xəstəliyindən əziyyət çəkir. Təcili Tibbi Yardım Xidmətində işləyir. Bu olaydan sonra onun işindən azad olunacağı gözlənilir.
Səbuhi bəy isə gəncdir. O hadisə zamanı evdə olmayıb. Anasının polis tərəfindən aparıldığını eşidib İdarəyə gedib və polisə müqavimətdə ittiham olunur (!?). Gələn ay, 12 martda toyu olacaqdır.
Orduxan Teymurxanın ailə üzvlərinə qarşı baş verənlər hər birimizi düşündürməlidir. Onlara FB- da dəstək statusu yazmaqla işimiz bitməməlidir. Dəstəyimizi daha real və təsirli formada etməliyik. Birini biz edirik. Sabah (artıq bu gün), 21 fevral saat 14 00- da təşkil edəcəyimiz toplantıda ölkədə davam edən siyasi represiyalarla bağlı müzakirəmiz olacaq.
Gəlin, Orduxan Teymurxanın ailə üzvlərinin timsalında qohumlarının ictimai- siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşən bütün insanlara dəstəyimizi ifadə edək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]