Ölkə

Əlövsət Əhədoğlu bu gun 2 saat Sabunçu rayon Polis İdarəsində sorgu- sual edilib

30-01-2017, 23:53
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Əlövsət Əhədoğlu bu gun 2 saat Sabunçu rayon Polis İdarəsində sorgu- sual edildikdən sonra az öncə sərbəst buraxılıb. Çox güman ki, onun adı çəkilən idarəyə dəvət edilməsi oğlu Tural Sadiqlinın fəaliyyəti, xüsusən siyasi məhbuslara görə bu yaxınlarda Berlində keçirilən aksiya ilə bağlıdır.

Xeberman.com-un verdiy məlumata görə, Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

Bir neçə gün sonra Bakıya səfəri gözlənilən EİTİ İdarə Heyətinin sədri
Fredrik Reynfeldt ölkədə vətəndaş cəmiyyətinin problemlərini müzakirə edəcək. Ogulun fəaliyyətinə, düşüncələrinə görə atanı polisə çağırmaq cənab Reynfeldtlə müzakirəyə əlavə mövzu verir. Bu mövzunu müzakirəyə biz yox, hökümət özü verir. Babalı təklif müəlliflərinin boynuna...
Keçmiş olsun Əlövsət bəy!

Administratorla əlaqə

077 611-55-22

[email protected]