Gündəm

Lənkəranski ilə bağlı ŞOK FAKT

2-02-2017, 21:03
2002-ci ildə baş verən və azərbaycanlı "oğru" Koroğlu Məmmədovun da adının hallandığı qətl hadisəsində yeni məqamlar ortaya çıxıb.

Hadisə ilə bağlı yeni detallar açıqlanıb. 2002-ci il Nijnı Taqildə yerli avtoritet Vladimir Maşinki öldürülüb. 17 noyabrda onun olduğu bərbərxanaya daxil olan naməlum avtomatlı şəxslər onu və yanındakı xanımı güllələyib.

Hadisə 2016-cı il fevralına qədər demək olar ki, naməlum qalıb. Bu barədə heç kəs yazmayıb, sadəcə hüquq-mühafizə orqanlaır araşdırma aparıb və məhkəmə hökm çıxarıb. Yalnız ötən ilin əvvəllərində bu barədə danışmağa başladılar. Hadisədə şübhəli şəxslər sırasında Roman Poqudin, Andrey İvanov və Sergey Bıçkovun adı çəkilirdi.

Adıçəkilən şəxslərin vəkilləri isə onların günahsız olduğunu isbat etmək üçün Avropa Məhkəməsinə çıxmağa hazırlaşırlar. Vəkillər hadisənin sifarişçisinin yox, icraçısının avtoritet Emzar Arakelov (Roma Qruzin) olduğunu iddia edir. Bu şəxs Uralda məşhur olan azərbaycanlı "qanuni oğru" Koroğlu Məmmədovun (Karo) qruplaşmasına daxildir.

Məlumata görə, sifarişli qətldən bir müddət əvvəl şəhəri hətta Rusiya kriminalının "xaç atası" olan Ded Xasan da ziyarət edib və Koroğlu Məmmədovla görüşüb. Görüş zamanı "oşbaşk"dakı məbləğin bir hissəsinin yoxa çıxdığı məlum olub və bundan sonra Ded Xasan "obşak"ın Maşinskiyə verilməsini tapşırıb. Eyni zamanda yaxın zamanda avtoritetin "taclandırılması" üçün "sxodka" planlaşdırılıb. Lakin Ded Xasan getdikdən bir müddət sonra bərbərxanaya hücum edilib və Maşınksi gülləlnib. Vəkillər iddia edir ki, Maşınskinin öldürülməsi Roma Qruzinə Karo tərəfindən tapşırılıb. Roma Qruzin isə bunun üçün Poqodin, İvanov və Bıçkovu tutub. İlkin olaraq onlara 7 min dollar ödənilib, hər birinə daha bu qədər məbləğin qətldən sonra veriləcəyi bildirilib.

Qeyd edək ki, 2003-cü ildə keçirilən məhkəmədə Poqudin 13 il, Arakelov 17 il, İvanov isə 10 il azadlıqdan məhrum edilib. Arakelov həbsxanada vərəmdən ölüb. Koroğlu Məmmədov isə 2013-cü ildə başqa işlə əlaqədar həbs edilib və 8 il həbsə məhkum edilib. Onun bu işlə bağlı dindilib-dindirilmədiyi isə məlum deyil.

Bununla belə Karo bu işdə əlinin olmadığını və Maşınskini başqa bir avtoritetin aradan götürdüyünü düşünür. Söhbət ondan gedir ki, qətl baş verən ərəfələrdə Maşinski Uralvaqonzavoddan oğurlanan külli miqdarda detalların satışına nəzarət edirdi. Ancaq bu "biznes" uğrunda həm Karo, həm də Karaçayev soyadlı birinin dəstəsi məşğul olmaq istəyirdi.
Vəkillər bildirir ki, əgər iş Avropa Məhkəməsinə daşınarsa, sifarişçinin kim olduğu üzə çıxacaq.

Qeyd edək ki, Koroğlu Məmmədovun adı dəfələrlə Rövşən Lənkəranski ilə nüfuz müharibəsində çəkilib. Ded Xasan klanının üzvü olan Koroğlu Məmmədov zamanında Rövşən Lənkəranskiyə qarşı dirəniş göstərən şəxslərdən olub.

Mənbə: Cebhe.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]