Kriminal

“Şakro kürd” azərbaycanlı qıza görə həbs edildi-təfsilat

13-07-2016, 22:48
“Şakro kürd” azərbaycanlı qıza görə həbs edildi-təfsilat

Zaxari Kalaşovun həbsi kriminal aləmdə dəngələri dəyişə bilər; Rusiya kriminalında ağırlığını saxlayan "Ded Xasan” əşirəti və mafiyası lider kimi onu tanıyır

 

İyulun 11-də hüquq-mühafizə orqanları Moskvada Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, "Ded Xasan”ın varisi sayılan "Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovu saxlayıb. "Rosbalt” agentliyinin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları onu qandallayıb Moskva Daxili İşlər İdarəsinin binasına aparıblar.

Məlumatda bildirilir ki, "qanuni oğru”nu dələduzluqda ittiham edirlər. O da bildirilir ki, "Şakro” iş üzrə ifadə vermək üçün dəvət edilsə də, bundan imtina edibmiş.
"Rosbalt” yazır ki, "Şakro” ötən ilin dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən "Elements” restoranında baş verən atışma ilə bağlı istintaqın suallarına cavab verib. Onun həbsinə qərar verilməsi barədə dəqiq bilgi yoxdur, amma istisna deyil ki,  "Şakro”ya cinayət işi açılsın. 

Xatırladaq ki, dekabrdakı hadisə "Elements” restoranının sahibəsi Janna Kimlə  azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə "Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Misikova isə öz növbəsində çoxdan tanıdığı "Şakro”ya  müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib. Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəflə "razborka”ya çıxıb. Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hadisəyə görə tutulan "İtaliyalı” ləqəbli avtoritet Andrey Koçuykov həbs edilib. O, hələ "Şakro” həbsdə olanda onun ən yaxın adamı kimi tanınırdı. 


İki il əvvəl azadlığa buraxılan  "Şakro Molodoy”un Rusiyaya şərtlə qayıtdığı və hüquq-mühafizə orqanları ilə anlaşdığı deyilirdi. "O Moskvanın sakit həyatını pozmamağa söz verib” deyə, xəbərlərdə bildirilirdi. 2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə "Şakro” nun  ekstradisiyası üçün sorğu vermişdi. Ona erməni biznesmenin oğurlanması və öldürülməsi işi üzrə  18 il qiyabi hökm  çıxarılıb. Rusiya isə həbs müddəti bitən kimi onu öz vətəndaşı kimi himayə etdi və Gürcüstana təhvil vermədi. Yəqin ki, həm də müəyyən şərtlər daxilində. 


"Şakro Molodoy” un Rusiya hüquq-mühafizə orqanları ilə anlaşmanı pozduğu barədə indi qəti rəy demək tezdir, amma onun saxlanılması sıradan hadisə də deyil. Çünki Rusiya kriminalında ağırlığını saxlayan "Ded Xasan” əşirəti və mafiyası onun legitimliyin tanıyır. Amma son vaxtlar xüsusilə Rusiyanın iri şəhərlərində kriminalların  yenidən qanlı toqquşmaları xəbərləri artıb. Bu xüsusda "Şakro” ilə profilaktik söhbətə ehtiyac ola bilərdi. Onun həbsi kriminal aləmdə dəngələri dəyişə bilər. 
   
Üstəlik, Rusiya kriminalının "xaç atası” sayılan Aslan Usoyanın qətlindən keçən 3 ildə bu işin kimin törətdiyi hələ də məlum deyil. Məhz "Şakro”nun qayıdışından sonra onun günahkarları tapacağı və  qisas  alacağı deyilirdi. 


Xüsusən, Azərbaycan dili saytlar "Şakro”la ilə bağlı yayılmış son xəbərdə onu  azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevə ("Rövşən Lənkəranski”) "ölüm hökmü çıxaran” kimi təqdim etsələr də, əslində belə bir qərar heç vaxt  olmayıb. Bu qətlin "Lənkəranski” yə "yüklənməsində” maraqlı olan qüvvələr çalışsalar da, "Şakro” heç bir tutarlı sübut olmayan cinayəti konkret olaraq kiminsə ayağına yazmadı. Aydındır ki, belə bir qərar olarsa, kriminal aləmdə elə bir qanlı "razborkalar” başlayır ki, onun qarşısını almaq çətin olar. "Şakro Molodoy”un guya bəzi azərbaycanlı "qanuni oğru”ların adının alınması barədə qərar verməsi də təsdiqlənməməmiş xəbərlər sırasındadır. Aydın görünən həm də odur ki, "Şakro” həbsdə olduğu müddətdə Rusiya kriminalında baş vermiş bütün "razborka”lara görə özünü hədəfə çıxarmaq niyyətində deyil.       

Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür, onu "Şakro kürd” kimi də tanıyırlar.  18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona "qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.

1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutur. Onun müxtəlif dövrlərdə "Solntsev”, "İzmaylovski” və "Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir. O, əsasən qeyri-leqal kazino, narkotik və silah alveri ilə məşğul olur. Rusiyada üç dəfə mühakimə olunandan sonra 2003-cü ildə "Şakro” İspaniyaya yerləşib. "Şakro Molodoy” İspaniyadan qaşsa da, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilib İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşov 7 il azadlıqdan məhrum edilib və 20 milyon avro cərimə olunub. O, 2014-cü ilin  oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılıb. "Şakro Molodoy”un vaxtilə Azərbaycanda Rusiya istehsalı olunan avtomobillərin satışı biznesində payı olduğu da deyilirdi. Qeyd edək ki, onun Tiflis ətrafında olan nəhəng villası müsadirə olunub və polisin binası kimi fəaliyyət göstərir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]