Xeberman.com
loading...
Gündəm

İranın sabiq prezidenti vəfat etdi - YENİLƏNİB

8-01-2017, 22:54
İranın sabiq prezidenti vəfat etdi - YENİLƏNİBİranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani xəstəxanaya yerləşdirilib.
 
APA-nın Tehran bürosunun məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.
 
Haşimi Rəfsəncaninin oğlu Məhəmməd Haşimi atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyib, vəziyyətinin normal olduğunu qeyd edib.
 
Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 2005-ci ildə prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqlayıb. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib.
 
APA-nın Tehran bürosunun məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi.
 
Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group