Elm

İbtidai siniflərin əlavə yaz tətili başlayır

26-04-2016, 21:43
İbtidai siniflərin əlavə yaz tətili başlayır

Mayın 1-dən Azərbaycanda məktəblilərin əlavə yaz tətili başlayır. 

Təhsil Nazirliyindən Xeberman.com-un sorğusuna cavabda bildirilib ki, 1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil ediləcək. 

Əlavə yaz tətili 5 gün davam edəcək.

Bu il mayın 1-i bazar gününə təsadüf etsə də, məktəblilərin əlavə yaz tətili günlərində heç bir dəyişiklik edilməyəcək.

Qeyd edək ki, tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də yekunlaşacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 

Dərs ili ərzində payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]