Dünya

Dəhşətli cinayət – 10 yaşlı qızı öldürüb ürəyini çıxardı

12-06-2016, 01:12
Braziliyanın Gerais əyalətində baş verən cinayət hadisəsi hər kəsi şoka salıb. Polis iyunun 1-də məktəbdən qayıdarkən qaçırılan 10 yaşlı Raiana adlı qızın cəsədini tapıb. Meyit müayinə edilərkən sinəsinin parçalandığı və ürəyinin çıxarıldığı məlum olub. Qızın ürəyi isə meyitin aşkarlandığı ərazinin yaxınlığında tapılıb. Polis şübhəli şəxs qismində Jairo Lopes adlı bir kişini saxlayıb. İlkin dindirilmə zamanı Lopes günahsız olduğunu desə də, sonradan cinayətini etiraf edib. O, qız zorladıqdan sonra öldürüb ürəyini çıxardığını bildirib. 10 yaşlı qızın hansısa ayin üçün qətlə yetirildiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]