Kriminal

18 yaşlı qızın boğazını qardaşı kəsibmiş

23-06-2016, 01:19

Xəbər verdiyimiz kimi, 3 gün öncə Tovuzun Aşağı Quşçu kəndində 1998-ci il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti tapılıb.

Kəndin Bələdiyyə sədri Tofiq Hüseynovun Report-a verdiyi xəbərə görə, 18 yaşlı Günay Gülməmmədova qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilibmiş.

Onun sözlərinə görə, hadisə qısqanclıq zəminində baş verib.

Bildirilir ki, 17 yaşlı qız keçən il orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürən atası başqa qadınla ailə qurubmuş.

Administratorla əlaqə

077 611-55-22

[email protected]