Dünya

İtaliyalı gənc həzrəti İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul edib

7-06-2016, 22:51

İtaliyalı gənc Aleksandr müsəlman olduqdan sonra, özünə Məhəmməd adını seçib.


Mübarək Ramazan ayının astanasında, əslən Milandan olan italiyalı bir gənc dünən, yəni şaban ayının 30-u müqəddəs Məşhəd şəhərindəki həzrəti İmam Rzanın (ə) mübarək hərəmində kəlimeyi-şəhadət deyərək, İslam dinini qəbul edib.

İnterAz Deyerler.org-a istinadən xəbər verir ki, bu barədə Parstoday məlumat yayıb. Xəbərə görə, ki, gənc mütəxəssis və mühəndis olan İtaliya vətəndaşı Aleksandr Coryani İslam dini barədə uzun illər araşdırma aparmasından və Quranla tanış olmasından sonra, İslam dinini qəbul edərək müsəlman olub.

İtaliyalı gənc Aleksandr müsəlman olduqdan sonra, özünə Məhəmməd adını seçib.

İtaliyalı gənc İslam dinini qəbul etməsində Əhli-Beytin (ə) 8-ci imamı Həzrəti Rzanın (ə) həyatı və fikirlərinin böyük əhəmiyyət daşıdığını bildirib. O, məhz bunun üçün mübarək hərəmdə, hərəmin rəsmilərinin hüzurunda İslam dinini qəbul etməyə qərar verdiyini deyib.


 
 
 



Administratorla əlaqə

077 611-55-22

[email protected]