Dünya

Ənbar vilayətində 3 yaşayış məntəqəsi terrorçulardan təmizləndi

13-05-2016, 18:31
Eastnews.org-un verdiyi xəbərə görə, mayın 12-də İraq ordusunun 7-ci diviziyasının bölmələri və "Həşd Şabi” könüllüləri Ənbar vilayətində yerləşən 3 yaşayış məntəqəsini azad edib. İraq Müdafiə Nazirliyi İŞİD terror təşkilatından azad edilən yaşayış məntəqələrinin adlarını açıqlayıb. Bunlar Bəraziyə, Adusiya və Samaniya kəndləridir. Adı çəkilən yaşayış məntəqələri Bağdad şəhərinin cənubunda yerləşir. Qeyd edək ki, İraq ordusu və könüllülər Ənbar vilayətini İŞİD terrorçularından təmizləmə əməliyyatını davam etdirir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]