Dünya

Dağlıq Qarabağ separatçılarının lideri Nikol Paşinyanla görüşüb

25-04-2018, 11:18
Dağlıq Qarabağ separatçılarının lideri Nikol Paşinyanla görüşüb
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaların rəhbəri Nikol Paşinyanla görüşüb. APA-nın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, B.Saakyan N.Paşinyanla görüşü zamanı mübahisəli məsələlərin dialoq yolu ilə həllinin zəruri olduğunu bildirib.

“Bako Saakyan “Vətəndaş sazişi” Partiyasının təsisçisi Nikol Paşinyanla görüşüb. Görüşdə Ermənistandakı daxili siyasi vəziyyət müzakirə edilib. Saakyan bütün mübahisəli məsələlərin dialoq yolu və qanun çərçivəsində həllinin, habelə ölkədə sabitliyin qorunmasının zəruriliyini qeyd edib”, - deyə yayılmış məlumatda bildirilir.

Bundan əvvəl Ermənistanda müxalifət lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılan danışıqlar ləğv edilib.

N.Paşinyan daha əvvəl baş nazir postunu tutmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib. Aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]