Xəbərlər

Qənirə Paşayeva Türkiyənin Baş naziri ilə görüşüb

11-03-2017, 22:16

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, Türkiyənin baş naziri Azərbaycana dəstəyini ifadə edib, sevgisini çatdırıb. Q.Paşayeva da qardaş Türkiyənin də azərbaycanlılar üçün vətən, bu iki qardaş ölkənin isə bu bölgədə yaşayan soydaşlarımızın ümid yeri olduğunu vurğulayıb.

Q.Paşayeva beynəlxalq konfrans çərçivəsində həmçinin nazir Faruk Çelik, TRT-nin baş direktoru Şenol Goka ilə də görüşüb. TRT-nin baş direktoru Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini deyib. Qarabağ həqiqətlərinin daha geniş yayılmasında KİV-in rolu və missiyasından danışan millət vəkili görüşün sonunda Şenol Goka və Faruk Çelikə həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib.

Millət vəkili həmçinin Türkiyənin tanınmış televiziyaçı və jurnalistləri, NTV kanalının aparıcı simalarından Oğuz Haksevər və “Sabah” qəzetindən Şərəf Oğuzla və EKO Avrasiya təşkilatıın rəsmiləri ilə də görüşüb, onlarla Azərbaycan, iki qardaş ölkə arasında münasibətlər və Dağlıq Qarabağ problemi ilə bağlı fikir mübadiləsi aparıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]