Dünya

Putin sanksiyaların müsbət cəhətindən danışdı

15-06-2017, 15:12

Rusiya prezidenti Vladimir Putin canlı yayımda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müsbət cəhətlərindən danışıb.

Xeberman.com "Ölkə.Az" -a istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, sanksiyalar sayəsində beyini, istedadı və resursları işə salırıq. Prezident bildirib ki, Rusiya tarixi göstərir ki, biz ayağa qalxıb özümüzü möhkəm hiss edəndən bu vaxta qədər sanksiyalar altında yaşamışıq.

Sanksiyalar sayəsində raket istehsalı, dərman istehsalı, maşınqayırma, kənd təsərrüfatı və bir sıra sahələr daha da inkişaf edib.

Prezident həm də qeyd edib ki, Qərbin sanksiyalarına qarşı Rusiyanın cavab tədbirlərini rusiyalı aqrarlar hədiyyə kimi qəbul edirlər. Putin qeyd edib ki, hazırda hökumət cavab tədbirlərinin müddətini uzadıb. Amma Qərb dövlətləri Rusiyaya qarşı sanksiyaları ləğv etsələr, Rusiya da eyni addımı atacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]