Dünya
Moskvada 866 nəfər saxlanıldı - Aksiya
13-06-2017, 10:35
Moskvada keçirilən antikorrupsiya mitinqlərində həbs edilənlərin sayı 866 nəfər olub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Ovd-info” portalı yayıb. Sayt saxlanılanların çox hissəsinin buraxıldığını bildirib. Hazırda nəzarətdə 32 nəfər qalıb.
Qeyd edək ki, dünən Moskva başda olmaqla Rusiyanın 200-ə yaxın şəhərində korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib. Etiraz aksiyalarının əsas təşkilatçısı Aleksey Navalnı və Korrupsiya ilə Mübarizə Fondu olub.
Bundan öncə Moskvada 150, Sankt-Peterburqda 500 nəfərin saxlanıldığı bildirilmişdi.