Dünya

ABŞ-dan İrana qarşı addım: gözlər Trampda

27-05-2017, 20:41

ABŞ Senatının Xarici əlaqələr komitəsində İrana qarşı yeni sanksiyaların tətbiq olunması barədə layihə qəbul edilib.

Yeni sanksiyaların tətbiqi İranın ballistik raket proqramını genişləndirməsinə, yaraqlı islamçı radikal qruplaşmalara dəstək verməsinə, onlara silah-sursat çatdırmasına, eləcə də İranda insan haqlarının kobud şəkildə pozulmasına görə nəzərdə tutulub.

Səsvermə yolu ilə qəbul edilən layihənin lehinə 18 nəfər, əleyhinə 3 nəfər səs verib.

ABŞ Senatının nümayəndələri bildiriblər ki, onların qəbul etdiyi bu layihənin qanunlaşması üçün Amerika Konqresinin Nümayəndələr Palatası və ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənməlidir. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]