Dünya

Türkiyə Avropanın tənqidinə cavab verdi

17-04-2017, 23:56

ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir.

Xeberman.com APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirliyinin açıqlamasında bildirilir.

“Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək qəbuledilməzdir”, - deyə məlumatda qeyd olunur.

Türkiyə XİN-in bəyanatında həmçinin bildirilir ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz ola bilməyib.

Qeyd edək ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]