Dünya

Suriyalı müxalif lider İsrailə təşəkkür etdi

9-12-2016, 19:45
Suriyalı müxaliflərin lideri Xalid Xələf İsrailə təşəkkür edib.

Axar.az Tasnim agentliyinə istinadən xəbər verir ki, müxalif lider paytaxt Dəməşq yaxınlığında İsrailin hökumət qüvvələrinə qarşı təşkil etdiyi hava hücumunu alqışlayıb.

O, belə hücumların Əsəd hakimiyyətini zəiflətdiyini deyib.

Qeyd edək ki, İsrailə aid döyüş təyyarələri Əl-Mazə aviabazasında yerləşən 4-cü birliyin qərargahını bombardman edib. İsrailin Müdafiə naziri Aviqdor Liberman açıqlamasında əməliyyatın Hizbullah təşkilatına yardım göndərilməsinin qarşısını almaq üçün keçirildiyini deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]