Dünya

“Mossad”ın keçmiş lideri öldü

17-03-2016, 18:09
“Mossad”ın keçmiş lideri öldüİsrailin məxfi kəşfiyyat orqanı "Mossad”ın keçmiş rəhbəri Meir Daqan 71 yaşında vəfat edib. Bu barədə qurumdan məlumat yayılıb. Daqan uzun illər ərzində xərçəng xəstəliyindən əziyyət çəkib.
Daqan İsrailin keçmiş Baş naziri Ariel Şaron tərəfindən 2002-ci ildə "Mossad”a rəhbər təyin edilib. O, 2011-ci ilə qədər bu postda qalıb.
Daqan 1945-ci ildə Ukraynanın Xerson şəhərində anadan olub. Ailəsi 1950-ci ildə İsrailə köçüb. O, Ərəb-İsrail müharibələrinin aktiv iştirakçısı olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]