Dünya

“Türkiyə və İsrailin barışması üçün yaxşı fürsət yaranıb” – Metyu Brayza

30-12-2015, 20:06
Türkiyə və İsrailin öz aralarında münasibətləri normallaşdırması üçün yaxşı fürsət yaranıb, çünki diplomatik əlaqələrin bərpasını hər iki ölkənin strateji və iqtisadi maraqları diktə edir. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş səfiri Metyu Brayza "Natural Gas Europe” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin kəskinləşməsi Türkiyədə İsraillə əlaqələri bərpa eləmək istəyi yaradıb. Brayza hesab edir ki, Moskva Ankaraya qarşı sanksiyaları yumşaltsa belə, Türkiyənin İsrailə marağı zəifləməyəcək.

Türkiyəyə İsrail qazının çatdırılmasına toxunan keçmiş səfir qeyd edib ki, qısa müddətli perspektivdə bu qaz ciddi rol oynamayacaq, çünki Rusiya Türkiyəyə qaz verilişini dayanmayacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]