Analitika
ABŞ-ın İran planı pozulur, əsas ölkələrdən biri Tehranın yanındadır
31-05-2019, 15:31

"İraq hazırkı variantda sammitin yekun bəyanatından narazılığını bildirib",- deyə Ərəb Dövlətləri Liqasının sədri Əhməd Abdul Qeyt bildirib.
Öz növbəsində sammitin açılışında çıxış edən İraq prezidenti Bəhram Saleh İraq və İran arasında heç bir müharibənin baş verməyəciyinə ümid etdiyini bildirmişdi.
Bu arada Ərəb Dövlətləri Liqası Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) onların neft strukturuna baş tutan hücumdan sonra öz maraqlarını qorumaq hüququnu dəstəkləyiblər.
Qeyd edək ki, Məkkədə toplan nümayəndə heyətləri daha əvvəl İranın digər ölkələrin daxili işlərinə qarışmasını, onun Yəməndə şiə üsyançılara dəstəyin qınayıblar.