Dünya
İran-İraq sərhədində 4,9 bal gücündə zəlzələ olub
20-01-2018, 11:14
İran-İraq sərhədində 4,9 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir. Yeraltı təkanların episentri İranın İlam şəhərindən 76 km qərbdə, ocağı 48 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 12 minə yaxını xəsarət alıb.