Xəbərlər / Ölkə

Sabah bəzi marşrutların yolu dəyişdiriləcək

4-05-2019, 17:23
Sabah bəzi marşrutların yolu dəyişdiriləcək
Sabah “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Xeberman.com-a verilən məlumata görə, bununla əlaqədar, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – “28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]