Ölkə

Bu yollarda sürət həddi endirildi

9-04-2017, 23:21
Bu yollarda sürət həddi endirildi
Bakıda müşahidə edilən hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Xeberman.com-a verilən məlumata görə, hazırda əsas magistral yolda - Heydər Əliyev prospekti boyunca (şəhər mərkəzindən Bilgəh istiqamətində, eləcə də əks istiqamətdə), həmçinin, Zığ dairəsindən Hava limanı və əks istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]