Xəbərlər

Azərbaycanda elə silahlar var ki, “İsgəndər” onun yanında oyuncaqdır - General

28-03-2017, 17:11

Oxu.Az-ın məlumatına görə, M.Həmzəyev ölkə.az-a açıqlamasında bildirib ki, Serj Sarkisyan yenə cəfəng fikirlər söyləyir:

“Sarkisyan guya öz aləmində Azərbaycana xof gəlir. Heç özü belə bu fikirlərinə inanmır. Ermənistan rəhbərliyi bu vaxta qədər Rusiyaya arxalanıb, xoflanırdı, Azərbaycanı hədələyirdi. Son vaxtlar Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşılaşdığı üçün Ermənistan künc-bucaqda qalıb. İndi Sarkisyan daha kimə arxalanır? Rusiya Ermənistana “İsgəndər” silahına yaxın durmağa belə icazə verməz. Serj Sarkisyandır da, nə danışdığını heç özü də bilmir. Yəqin ki, aprel döyüşlərinin ildönümü yaxınlaşdığı üçün Sarkisyan qorxuya düşüb. Ona görə də belə danışır”.

General Azərbaycan Silahlı Qüvvələrinin “İsgəndər” raketlərindən də güclü silahlara malik olduğunu söyləyib:

“Azərbaycanda elə silahlar var ki, “İsgəndər” raketləri onun yanında oyuncaq kimi görünür. Allah etməsin ki, Azərbaycan həmin silahlardan istifadə etsin. Yoxsa Ermənistan yer üzündən silinər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]