Gündəm
Təcili!!! Sarkisyan Müdafiə Nazirliyini dağıtdı, generalları qovdu
26-04-2016, 15:42
Serj Sakisyan üç generalı işdən qovdu
Ermənistan prezidenti Serj Sarkisyan müdafiə nazirliyinin üç yüksək rütbəli generalını vəzifəsindən azad edib.
Xeberman.com xəbər verir ki, onun əmri ilə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş qərargahın kəşfyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan tutduqları vəzifədən azad ediliblər.
Hərbi analitiklərin fikrincə bu cəza tədbirləri Qarabağ cəbhəsində aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbələrlə sıx bağlıdır.