Ölkə

Serj Sarkisyan Formula-1 günlərində hücuma başlaya bilər

21-05-2016, 00:08

İyunun 17-dən 19-a kimi Bakıda keçiriləcək Formula 1 Avropa Qran prisi yarışları zamanı Ermənistan ordusu qoşunların təmas xəttində hücuma cəhd edə bilər.

Serj Sarkisyan Formula-1 günlərində hücuma başlaya bilər

Bu barədə Müdafiə Nazirliyinin keçmiş işçisi, polkovnik-leytenant Üzeyir Cəfərov Ermənistan ordusuna əhv edilmiş dustaqların və Donbas terrorçularının cəlb edilməsi xəbərini şərh edən zaman bildirib: "Əslində, Ermənistan bu adamları orduya əsgər çatışmazlığı üzündən cəlb etməyə çalışır. Amma bununla belə, Ermənistan heç bir beynəlxalq hüquqa hörmət etməyən bir dövlət kimi istənilən addımı ata bilər".

Erməni mətbuatının yaydığı məlumata görə, mayın 15-də İrəvanın "Vardaşen" həbsxanasının 8 dustağı əfv edilərək Qarabağa göndərilib. Həmçinin Ukrayna Ali Radasının deputatı Dmitri Timçuk öz "Facebook" səhifəsində 300-ə yaxın Donbas separatçısının mümkün hərbi əməliyyatlarda iştirak etmək üçün Dağlıq Qarabağa göndərildiyini bildirib.

Eyni sözləri Livandan gətirilmiş 200 döyüşçü barədə də demək olar. Livanda vətəndaş müharibəsində iştirak etmiş döyüşçülərdən ibarət "Arabo"nun üzvləri 29 iyun 1992-ci ildə azərbaycanlıların özünümüdafiə dəstələri tərəfindən Ağdam yaxınlığında məhv edilənə kimi Dağlıq Qarabağın bir çox azərbaycanlı kəndlərində dinc əhaliyə divan tutmuşdu.

Polkovnik-leytenantın sözlərinə görə, Ukraynadan gətirilməsi bəhs edilən Donbas döyüşçüləri də talandan başqa heç nəyə qadir deyillər: "Yəqin onlar düşünürlər ki, Donbasdakı kimi burada da talanla məşğul olacaqlar. Amma unudurlar ki, qarşılarına döyüşlərdə bişmiş Azərbaycan əsgəri çıxacaq".

Administratorla əlaqə

077 611-55-22

[email protected]