Xəbərlər

Əsir düşdüyü iddia edilən gəncin şəkilləri yayılıb – FOTO

2-02-2017, 13:54

Ermənistan ordusunun əsir götürdüyü iddia edilən Elnur Hüseynzadə Bərdə rayonun Qullar kəndindəndir.

Oxu.Az İstipress-ə istinadən xəbər verir ki, Qullar kənd icra nümayəndəsinin verdiyi məlumata görə, Elnur hərbi xidmətini başa vurduqdan sonra yenidən hərbi xidmətə yollanıb və müddətdən artıq hərbi xidmətdə olub. O, sonuncu dəfə ötən ay, yanvarın 25-də evlərində olub və ayın 30-da ailə üzvləri ilə görüşərək yenidən xidmətə yollanıb.

Bərdə rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Elnur Hüseynzadə 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb və 2015-ci ildə ordudan təxris olunub.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda isə deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin məlumatı yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhədə heç bir aktiv döyüş toqquşması baş verməyib.

Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən təxris olunub və hazırda hərbi xidmətdə deyil.


Administratorla əlaqə

077 611-55-22

[email protected]